I qrupda bəzi ixtisaslarda keçid balları artacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

I qrupda bəzi ixtisaslarda keçid balları artacaq

15:19 - 16 / 08 / 2022
I qrupda bəzi ixtisaslarda keçid balları artacaq

Bu il I qrupda rekord iştirakçı qeydə alınıb.

1news.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" mövzusunda çıxışı zamanı deyib.

O bildirib ki, bu il I qrup üzrə 33 min adam iştirak edib:

"Bu, ötən illə müqayisədə 5 min nəfər artıqdır. I qrup üçün 16499 plan yeri verilib. Lakin plan yerlərində artım iştirakçı sayındakı artımdan az olduğu üçün o qədər də təsir etməyəcək. I qrup üzrə 600 baldan yuxarı bal toplayanların sayı ötən illə müqayisədə 2 dəfə artıb. Bu o deməkdir ki, I qrupda müəyyən ixtisasların keçid balları artacaq".

1news.az

Paylaş:
293

Son xəbərlər

Bütün xəbərlər