Bu gün ali məktəblərə ixtisas seçimi başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün ali məktəblərə ixtisas seçimi başlayır

Qafar Ağayev08:58 - 16 / 08 / 2022
Bu gün ali məktəblərə ixtisas seçimi başlayır

Bu gündən I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (həmçinin subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.

Bu barədə 1news.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İxtisas seçimi avqustun 28-nə qədər davam edəcək.

Abituriyentlər elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən məsləhət mərkəzlərinə müraciət edə bilərlər.

Paylaş:
378

Son xəbərlər

Bütün xəbərlər