Ötən gün baş verən yol qəzalarında 1 nəfər ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün baş verən yol qəzalarında 1 nəfər ölüb

Qafar Ağayev09:52 - 16 / 08 / 2022
Ötən gün baş verən yol qəzalarında 1 nəfər ölüb

Avqustun 15-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən 1news.az-a verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 60, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Paylaş:
293

Son xəbərlər

Bütün xəbərlər