Gənclər Fondunun BMT və “IDEA” Ictimai Birliyi ilə birgə yay düşərgəsi başladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənclər Fondunun BMT və “IDEA” Ictimai Birliyi ilə birgə yay düşərgəsi başladı

22:17 - 16 / 08 / 2022
Gənclər Fondunun BMT və “IDEA” Ictimai Birliyi ilə birgə yay düşərgəsi başladı

Ölkənin ən böyük gənclər festivalı olan “Yay Fest”in “BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri”nə həsr olunan həftəsinə start verildi. 250-yə yaxın gəncin iştirakı ilə Şamaxıda keçirilən və 5 gün ərzində davam edəcək çadır tipli yay düşərgəsi müddətində Birləşmiş Millətlər Təşkilatının (BMT) müxtəlif agentliklərinin, o cümlədən Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT-nin İnkişaf Proqramı, Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin Uşaq Fondu, Əhali Fondu, Qaçqınlar üzrə Agentliyi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə və ekspertlərinin iştirakı ilə fəaliyyətlər təşkil olunacaqdır.

Həftə ərzində tematik mövzular üzrə interaktiv sessiyalar, təlim və təqdimatlar təşkil olunması nəzərdə tutulmuşdur. Gənclərə BMT strukturuna daxil olan qurumların ölkəmizdə həyata keçirdiyi fəaliyyətlər, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında gənclərin iştirakçılığının əhəmiyyəti barədə geniş məlumat təqdim olunacaq, gənclərin karyera və şəxsi inkişafına töhfə veriləcəkdir. “Yay Fest”in sentyabrın 9-dək davam edəcək düşərgələrində BMT-nin qeyd olunan yerli nümayəndəliklərinin rəhbərlərinin də iştirakı nəzərdə tutulur.

Düşərgənin açılış mərasimində iştirakçıları salamlayan Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti ölkə gənclərinin hərtərəfli inkişafı üçün əlverişli şərait yaradır ki, bu da Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) Azərbaycanda səmərəli icrasına əlavə təkan verir. Fərid Cəfərov vurğuladı ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmışdır və milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına dair monitorinq və hesabatlıq mexanizmi müəyyən edilmiş, aidiyyəti dövlət qurumlarının qarşısında konkret vəzifələr qoyulmuşdur. Qeyd edildi ki, Azərbaycan MDB məkanında ilk olaraq Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı 2019-cu ilədək iki Könüllü Milli Hesabat təqdim edən ölkə olub.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva bu il Azərbaycanla BMT arasında əməkdaşlığın 30-cu ildönümünün qeyd olunduğunu, BMT-nin və onun strukturuna daxil olan digər təşkilatların paytaxt və bölgələrdə gənclərə dair apardığı işlər, eləcə də “Yay Fest 2022” çərçivəsində bu cür düşərgənin keçirilməsinin əhəmiyyətini vurğuladı.

Açılış mərasimində çıxış edən “İDEA” İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov tərəfindən “İDEA” İctimai Birliyinin həyata keçirdiyi fəaliyyətlər nəticəsində gənclər arasında ekoloji mühitin qorunması, ətraf aləmə həssas yanaşma və gələcək nəsillərə sağlam təbiətin ötürülməsi barədə gənclərə geniş məlumat verildi.

Daha sonra, çıxışçılar düşərgədə iştirak edən gəncləri maraqlandıran sualları cavablandırdılar. Açılış mərasiminin yekununda düşərgə iştirakçıları qonaqlarla xatirə fotosu çəkdirdilər.

Düşərgə çərçivəsində keçirilən ilk təlimdə BMT-nin Bakı ofisinin tərəfdaşlıq və inkişaf üzrə maliyyə mütəxəssisi Şəms Mustafayeva düşərgə iştirakçılarına gənclərin DİM-lərin həyata keçirilməsində oynadığı rol barədə geniş məlumat təqdim etdi.

Qeyd edək ki, “BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri” düşərgəsi Azərbaycan Respublikasının Gənclər Fondu, BMT-nin Azərbaycandakı Nümayəndəliyi və “İDEA” İctimai Birliyinin tərəfdaşlığı ilə baş tutmaqdadır.

“Hədəf gələcəkdir!” şüarı altında 19 iyul – 9 sentyabr tarixlərində təşkil olunan “Yay Fest 2022” festivalı çərçivəsində mərhələli şəkildə 2 mindən çox gəncin iştirakı ilə 8 fərqli mövzu (“Tələbəlik”, “Dəmir Yumruq”, “Yaradıcılıq”, “Könüllülük”, “SDG Camp”, “İdeyadan Biznesə”, “Karyera və İnkişaf” və “Həmrəylik”) üzrə düşərgələr keçirilməkdədir.

Artıq üçüncü ildir ki həyata keçirilən “Yay Fest” gənclər festivalı Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutur.

Paylaş:
462

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər