Ağalıda çadır tipli kəsim məntəqəsi fəaliyyətə başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağalıda çadır tipli kəsim məntəqəsi fəaliyyətə başlayıb

10:33 - 16 / 08 / 2022
Ağalıda çadır tipli kəsim məntəqəsi fəaliyyətə başlayıb

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində istehlakçıların sağlamlığının qorunması, təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi məqsədilə mütəmadi tədbirlər həyata keçirilir. Belə ki, paytaxt və respublikanın müxtəlif rayonlarında müasir, standartlara cavab verən stasionar kəsim məntəqələrinin yaradılması təşviq edilir, eləcə də stasionar məntəqələr olmayan ərazilərdə çadır tipli kəsim məntəqələri qurulur.

AQTA-dan 1news.az-a verilən xəbərə görə, bu məqsədlə avqustun 15-də Zəngilan rayonunun Ağalı kəndində çadır tipli heyvan kəsimi məntəqəsi və baytarlıq-sanitariya ekspertizasının aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası fəaliyyətə başlayıb. Həmçinin Agentlik əməkdaşları tərəfindən Ağalı kəndində iri və xırdabuynuzlu heyvanlara baytar nəzarəti həyata keçirilib və heyvanlardan nümunələr götürülərək laborator müayinələr aparılıb.

Qeyd edək ki, çadır tipli kəsim məntəqəsində heyvanlar baytarlıq nəzarətindən keçməklə və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilərək vətəndaşlara təqdim ediləcək. Bununla yanaşı, məntəqəyə kəsimə gətirilən iri və xırdabuynuzlu heyvanların müayinəsi zamanı xəstəliyə şübhə olarsa, nümunələr biotəhlükəsizlik səviyyəli səyyar laboratoriyada analizlərə cəlb olunacaq.

Çadır tipli kəsim məntəqəsi heyvanın kəsilməsi, soyulması və doğranmasına qədər bütün prosesi həyata keçirmək üçün gigiyenik tələblərə uyğun lazımi avadanlıqlarla təchiz edilib.

Paylaş:
258

Son xəbərlər

Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23
Bütün xəbərlər