İsmayıllı, Ağdam və Lerikdə ağacların kəsilməsinə görə cinayət işləri açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllı, Ağdam və Lerikdə ağacların kəsilməsinə görə cinayət işləri açılıb

10:40 - 16 / 08 / 2022
İsmayıllı, Ağdam və Lerikdə ağacların kəsilməsinə görə cinayət işləri açılıb

Vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında növbəti qanunsuz ağackəsmə faktları ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla İsmayıllı rayonunun Tircan kəndində və Ağdam rayonunun Qaradağlı kəndində bələdiyyəyə məxsus torpaq sahələrində meşə fonduna daxil olmayan, həmçinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonu ərazisində yerləşən Vizəzəmin meşəbəyliyində meşə fonduna daxil olan müxtəlif cinsli və diametrli 40-dan çox ağacın qanunsuz kəsilməsi nəticəsində ekosistemə ümumilikdə 6 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.

Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

1news.az

Paylaş:
133

Son xəbərlər

Azərbaycanın İraqdakı səfirliyinin təşəbbüsü ilə kərküklü şagirdlərə yardım göndərilib03 / 10 / 2022, 18:40Yevlaxda 15 yaşlı gənci intihar həddinə çatdıran şəxs həbs edilib03 / 10 / 2022, 17:36Onkoloji xəstələrin və qazilərin bank hesablarındakı pulları ələ keçirən şəxs saxlanılıb - FOTO - VİDEO03 / 10 / 2022, 17:22Deputatdan oğlunun qaçırılması ilə bağlı xəbərə REAKSİYA03 / 10 / 2022, 17:05Qumar borcu üstündə qətl törədən şəxsə hökm oxunub03 / 10 / 2022, 17:03İlham Əliyevdən Elnur Məmmədli ilə bağlı SƏRƏNCAM03 / 10 / 2022, 16:59Bakıda 16 yaşlı qıza təcavüz edildi03 / 10 / 2022, 16:44Son sutkada Azərbaycanda COVID-19 əleyhinə yalnız bir peyvənd vuruldu03 / 10 / 2022, 16:39Azərbaycanda daha 26 nəfər COVID-19-a yoluxub03 / 10 / 2022, 16:38DİM: “Bu il qəbul imtahanlarında 2077 nəfər 600 və daha yuxarı bal toplayıb”03 / 10 / 2022, 16:26Kürdəmirdə 33 yaşlı ər 23 yaşlı arvadını bıçaqladı03 / 10 / 2022, 16:23Metronun Bənövşəyi xəttinin stansiyalarına giriş məhdudiyyəti ləğv edilib03 / 10 / 2022, 15:59İranda hüquq müdafiəçisi həbs edildi03 / 10 / 2022, 15:49Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd ediləcək03 / 10 / 2022, 15:48İrandan Azərbaycana 26 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO03 / 10 / 2022, 15:24İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizlənib - FOTO03 / 10 / 2022, 15:21Prezident onları təltif etdi03 / 10 / 2022, 15:04Azərbaycanlı deputatın oğlu oğurlandı - YENİLƏNİB - FOTO03 / 10 / 2022, 15:01“Erməni əsirlər”in güllələnməsi videosunun saxta olması ilə bağlı sübutlar- Polkovnikdən ŞƏRH03 / 10 / 2022, 14:48AzMİU Türkiyənin Bilkent Universiteti ilə əməkdaşlıq edəcək03 / 10 / 2022, 14:27
Bütün xəbərlər

Next TV