Laçının şərqində bir gün ərzində 991 aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçının şərqində bir gün ərzində 991 aşkarlanıb - FOTO

Qafar Ağayev12:32 - 16 / 08 / 2022
Laçının şərqində bir gün ərzində 991 aşkarlanıb - FOTO

Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələri tərəfindən ərazinin kəşfi aparılıb. Aşkar edilmiş minalar xüsusi hazırlıq keçmiş istehkam qrupu tərəfindən zərərsizləşdirilib.

Avqustun 15-də, bir gün ərzində, minalanmış sahədən ümumilikdə 991 ədəd PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla utilizasiya edilib.

Xüsusi qeyd etmək lazımdır ki, bu istiqamətində aşkar edilən minaların hamısı Vətən müharibəsindən sonra - 2021-ci ildə Ermənistanda istehsal olunub.

Paylaş:
406

Son xəbərlər

Bütün xəbərlər