Son sutkada COVID-19-a yoluxanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Son sutkada COVID-19-a yoluxanların sayı açıqlanıb

16:39 - 17 / 08 / 2022
Son sutkada COVID-19-a yoluxanların sayı açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 710 yeni yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 806 472 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 793 268 nəfər müalicə olunaraq sağalıb, 9 777 nəfər vəfat edib, aktiv xəstə sayı 3 427 nəfərdir.

Ölkədə son sutka ərzində 4 852, hazırkı dövrədək isə 7 106 376 test aparılıb.

Ötən sutka koronavirus əleyhinə nə qədər vaksin vurulub? - STATİSTİKA

Paylaş:
316

Son xəbərlər

Bütün xəbərlər