Bolt şirkəti bir anda iki yeni səfərlər kateqoriyasına başlayır
Avropanın aparıcı nəqliyyat platforması Bolt iki yeni səfərlərkateqoriyasına başlayır – Travel və Comfort Plus.
Azərbaycanın zəngin tarixi, mədəniyyəti və gözəl təbiəti xüsusən yay dövründə çoxlu sayda turistləri cəlb edir. Ölkənin qonaqlarının rahat səyahət edə bilməsi və şəhərlər arasında hərəkət edə bilməsi üçün Bolt şirkəti Travel kateqoriyasını istifadəyə verdi. Bu kateqoriyaya daxil olan avtomobillər uzun müddətli səfərlər üçün nəzərdə tutulmuşdur. Belə xidmət Bolt səyahət sifarişi xidmətinin fəaliyyət göstərdiyi bütün şəhərlərdə – Bakı, Gəncə, Mingəçevir, Qəbələ, Şəmkir, Sumqayıt, Şəki şəhərlərində təqdim olunacaqdır.
Bolt şirkəti Comfort Plus funksionallığı və artan rahatlığı özündə birləşdirən kateqoriyanı işə salır. Bu kateqoriyada istifadəçilər rahat və biznes kateqoriyalarına aid olan avtomobildə səfər sifariş edə bilərlər. Comfort Plus avtomobilləri şəxsi və işgüzar səfərlər, eləcə də görüşlər üçün sifariş verilə bilər. Comfort Plus kateqoriyası Bakı şəhərində mövcud olacaq.
Xidmətdən istifadə etmək üçün Bolt əlavəsində təyinat yerini göstərmək və bundan sonra lazımı kateqoriyanı seçmək lazımdır.
Bolt həmçin promo kodlardan istifadə etmək və səyahətlərə qənaət etmək istəyən hər kəsə yeni kateqoriyalar təklif edir. TRAVEL kod sözündən istifadə etdikdə Siz Səyahət kateqoriyasında səyahətə 20% endirim əldə edəcəksiniz, endirimin maksimum məbləği ayın sonuna qədər qüvvədə olan 5 AZN-dir. Comfort Plus kateqoriyası üçün kod: COMFORTPLUS:: 30% endirim, maksimum məbləğ 3 AZN, ayın sonuna qədər etibarlıdır.
Bolt istifadəçiləri hər səfəri qiymətləndirə bilərlər. İstifadəçilərin qiymətləndirmələri, eləcə də digər amillər əsasında sürücülərin reytinqi formalaşır. Bu, Bolt şirkətinə ən yaxşı sürücülərlə əməkdaşlıq etmək və keyfiyyətli və təhlükəsiz xidməti təmin etmək imkanını verir.
"Biz rayd-heylinq xidmətinin inkişafı üzərində işləyirik və müştərilərimiz üçün onun çox rahat olmasını planlaşdırırıq. Buna görə də, biz müəyyən hallarda daha rahat ola bilən, məsələn qonşu şəhər və ya rahat avtomobil biznes səyahət üçün rahat avtomobildə ekskursiyalar təklif edirik. Bizim əsas missiyamız – şəxsi avtomobillərdən birgə mobillik xidmətlərinə keçidin sürətləndirilməsidir. Bunun üçün, gələcəkdə biz digər səfər kateqoriyalarını da işə salmağı planlaşdırırıq ki, bu da istifadəçilərimizin təlabatını maksimum dərəcədə ödəyəcəkdir", – Bolt şirkətinin Azərbaycanda səfərlərinin sifariş istiqamətinin rəhbəri Naim Əzizov şərh edir.
Bolt haqqında məlumat
Bolt – 45 ölkədə və 400-dən çox Avropa və Afrika şəhərlərində 100 milyon insanın istifadə etdiyi Avropa multi-əlavəsidir. Şirkət öz istifadəçilərinə ən yaxşı alternativlər təklif edərək, fərdi avtomobillərdən istifadədən birgə mobillik xidmətlərinə keçidi sürətləndirməyə çalışır. Bolt şirlətinin xidmətər sırasına: səyahətlətin təşkili, karşering (avtomobilin icarəsi), elektrik skutorların acarəsi, həmcin qida və ərzaq məhsulların çatdırılması daxildir.
Hal-hazırda, Bolt sifariş xidməti Azərbaycanın yeddi şəhərində – Bakı, Gəncə, Mingəçevir, Qəbələ, Şəmkir, Sumqayıt, Şəki fəaliyyət göstərir.
Reklam hüququnda