Türkiyədə tibb üzrə oxumağı seçən Azərbaycan birincisi rektorla danışdı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyədə tibb üzrə oxumağı seçən Azərbaycan birincisi rektorla danışdı - VİDEO

15:46 - 18 / 08 / 2022
Türkiyədə tibb üzrə oxumağı seçən Azərbaycan birincisi rektorla danışdı - VİDEO

Universitet imtahanında 700 bal toplayan azərbaycanlı Nigar Ağazadə təhsil üçün Ankara Universitetinin Tibb fakültəsini seçib.

1news.az xəbər verir ki, qəbul imtahanında bütün sualları düzgün cavablandıraraq 700 bal toplayan və ölkə birincisi olan Nigar Ağazadə necə uğur qazandığını və Türkiyədə niyə təhsil istədiyini “AA”nın müxbirinə açıqlayıb.

Ağazadə uşaqlıqdan həkim olmaq arzusunun olduğunu, lakin qəbul ola bilməyəcəyini düşündüyü üçün əvvəlcə başqa ixtisaslara hazırlaşdığını bildirib.

Son kursda oxuyanda həkim olmağa qəti qərar verdiyini deyən Ağazadə "Tibb üzrə oxumaq üçün hazırlaşmağa başladım. İmtahandan 697 bal aldım. Amma hədəfim 700 idi. Azərbaycanda zəif nəticə göstərənlərə görə ikinci şans olaraq iki dəfə imtahan keçirilir. Mən 2-ci imtahana da girdim və 700 bal topladım. 700 bal bütün suallara düzgün cavab vermək deməkdir. Məqsədim bu idi və məqsədimə çatdım" deyib.

Sistemli şəkildə hazırlaşdığını, vaxtı düzgün idarə etdiyini söyləyən Ağazadə "Xaricdə oxumaq istəyirdim. Amma valideynlərim onlardan uzaqda olmağıma icazə vermirdilər. 700 bal toplayanda cəsarətimi topladım və valideynlərimdən xahiş etdim ki, xaricdə oxumaq üçün mənə icazə versinlər. Bu dəfə icazə verdilər və mənə dəstək oldular” deyib.

Ağazadə Türkiyə təqaüdləri üçün müraciət etdiyini bildirib və bununla bağlı ona yol göstərən, köməklik edən Bakı Yunus Əmrə İnstitutunun direktoru Səlcuq Karakılıça təşəkkür edib.

"Türkiyədə tibb təhsilinin çox yaxşı olduğunu bilirəm. Araşdırdım və Ankara Universitetinin yüksək səviyyədə təhsil verən bir universitet olduğunu gördüm. Çox ürəyimə yatdı. Seçimim Ankara Universitetinin Tibb Fakültəsi oldu. Orada tam təqaüdlə oxuyacam və bütün xərclərim qarşılanacaq. Türkiyə həm də qardaş ölkəmizdir. Orada özümü rahat və təhlükəsiz hiss edəcəm" – deyə bildirib.

Nigar Ağazadənin anası Gülarə Ağayeva da hisslərini bölüşüb:

"Qızım birinci imtahanda 697 bal toplamışdı. Bu onsuz da yaxşı nəticə idi, amma Nigarı qane etmədi. Hədəfi 700 bal idi. İkinci imtahanda da istəyinə nail oldu. Bu bizi qürurlandırır. Onun əzmi və arzusu qarşısında “yox” deyə bilməzdik. Qardaş ölkəmiz Türkiyəni seçdi. Nigardan ayrılmaq çətin olacaq, amma qardaş ölkə olduğu üçün rahat olacağam".

“Qızınıza öz qızımız və gözümüz kimi baxacağıq”

Ankara Universitetinin rektoru Prof. Dr. Necdet Ünüvar Ağazadəni telefonla təbrik edib, ona uğurlar arzulayıb.

Ünüvar "Çox yaxşı bir universitet seçmisiniz. “Ankara Tibb” Türkiyənin ən yaxşı universitetlərindən biridir. Ankara Universiteti olaraq sizi səbirsizliklə gözləyirik. Ən yaxşı təhsil almağın üçün hər cür maddi və mənəvi dəstək göstərəcəyik" deyib.

Ünüvar həmçinin, Nigarın anası ilə danışaraq “Qızınıza öz qızımız və gözümüz kimi baxacağıq. Ürəyiniz rahat olsun” deyib.

Nigar Ağazadə isə Ankara Universitetini qazandığı üçün çox xoşbəxt olduğunu və yeni tədris ilinin başlamasını səbirsizliklə gözlədiyini bildirib.

Ayşən İsmayılova

Paylaş:
1207

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər