Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilir
Avqustun 18-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.
Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə keçirilən müsahibələrə 5298 nəfər dəvət edilib.
Bu gün biologiya (Azərbaycan və rus bölməsi), informatika, Azərbaycan dili və ədəbiyyat, musiqi fənləri üzrə müsahibələr təşkil olunacaq.
Avqustun 25-dək davam edəcək müsahibələr zamanı müvafiq komissiya tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq yoxlanılacaq.
232