Azərbaycanda bu xidmət ƏDV-dən azad edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bu xidmət ƏDV-dən azad edildi

17:35 - 19 / 08 / 2022
Azərbaycanda bu xidmət ƏDV-dən azad edildi

Azərbaycanda özəl baytarlıq xidmətlərinin göstərilməsi ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 20 manat müəyyən edilib.

1news.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Dəyişikliyə əsasən, bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən ediləcək:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2,0;
- Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində - 1,5;
- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;
- digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) - 0,5.

1news.az

Paylaş:
542

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər