Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında medal qazanan idmançıları təbrik edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında medal qazanan idmançıları təbrik edib - FOTO

Qafar Ağayev08:59 - 22 / 08 / 2022
Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında medal qazanan idmançıları təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında V İslam Həmrəyliyi Oyunlarında medal qazanan idmançılarla bağlı paylaşım edib.

1news.az xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada başa vurublar. Bunlardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürünc medaldır. İdmançılarımızı səmimi-qəlbdən təbrik edirəm! Siz yarışlarda mükəmməl çıxış etdiniz, möhkəm iradə və məharət nümayiş etdirərək inamlı qələbə qazandınız! Gərgin əməyinizə, Azərbaycan azarkeşlərinə bəxş etdiyiniz sevincə görə çox sağ olun! Sizə möhkəm cansağlığı, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!"

Paylaş:
373

Son xəbərlər

Bütün xəbərlər