Prokurorluq Cəlilabadda ustanın ölümü ilə bağlı araşdırmalara başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Prokurorluq Cəlilabadda ustanın ölümü ilə bağlı araşdırmalara başlayıb

Qafar Ağayev10:34 - 22 / 08 / 2022
Prokurorluq Cəlilabadda ustanın ölümü ilə bağlı araşdırmalara başlayıb

Cəlilabadda ustanın elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı araşdırmalara başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ustanın elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, avqustun 21-i, saat 14 radələrində Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Elgün Ağayevin usta kimi işlədiyi çoxmənzilli yaşayış binasının zirzəmisində su xəttini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Paylaş:
264

Son xəbərlər

Bütün xəbərlər