Polis Ağcabədidə əməliyyat keçirdi - 30 nəfər saxlanıldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis Ağcabədidə əməliyyat keçirdi - 30 nəfər saxlanıldı - FOTO

Qafar Ağayev13:07 - 23 / 08 / 2022
Polis Ağcabədidə əməliyyat keçirdi - 30 nəfər saxlanıldı - FOTO

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının son günlərdə keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində, oğurluq əməlləri törətməkdə və qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən ümumilikdə 30 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a bildirilib ki, daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ceyhun Hüseynov saxlanılıb. Onun üzərinə və həyətində saxladığı avtomobilinə baxış keçirilən zaman 2 kiloqram 200 qrama yaxın güclü təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Şöbə əməkdaşlarının keçirdiyi digər tədbirlərlə oğurluq əməlləri törətməkdə şübhəli bilinən rayon sakinləri Rahim Cəfərov və Elçin Hüseynov saxlanılıblar. R.Cəfərovun rayon ərazisindəki aptekdən, E.Hüseynovun isə evlərin birindən oğurluq etdikləri müəyyən edilib. Onların zərərçəkmiş şəxslərə 5300 manat miqdarında ziyan vurduqları məlum olub. E.Hüseynovun üzərinə baxış keçirilən zaman isə narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

Bundan başqa Ağcabədi RPŞ-nin əməkdaşlarının son günlərdə keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 28 nəfər barəsində cinayət işi başlanılıb, onlardan 22 kiloqramdan artıq müxətlif adda narkotik vasitələr aşkarlanıb. Bir nəfərdən isə qanunsuz olaraq əldə edərək saxladığı avtomat silahı götürülüb.

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə qanunamüvafiq qaydada tədbirlər görülüb.

Paylaş:
253

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər