Prezident Azərbaycanla Özbəkistan arasında qanunsuz miqrasiyaya qarşı mübarizə üzrə sazişi təsdiqləyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezident Azərbaycanla Özbəkistan arasında qanunsuz miqrasiyaya qarşı mübarizə üzrə sazişi təsdiqləyib

14:51 - 23 / 08 / 2022
Prezident Azərbaycanla Özbəkistan arasında qanunsuz miqrasiyaya qarşı mübarizə üzrə sazişi təsdiqləyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

1news.az xəbər verir ki, fərmana əsasən, 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti onun müddəalarının həyata keçirilməsini təmin etməldir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərməlidir.

1news.az

Paylaş:
187

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər