“Ən yaxşı Azərbaycan məktəbləri Azərbaycan dilli məktəblərdir” - Emin Əmrullayev

“Rus bölməsi üzrə 14 min yer var. Bu da o deməkdir ki, müraciət edənlərin bir qisminə rədd cavabı verilməlidir. Ya siniflərdə şagirdlərin sayını qaldırmaq lazımdır, ya da yeni siniflər açmaq. Yeni siniflər açmaq isə hazırda mümkün deyil, çünki balları 30-a salsaq da, namizəd sayı çox azdır.
Hər kəs övladını rus bölməsində oxutmaq istəyir. Lakin Azərbaycan bölməsi ilə rus bölməsi arasında fərq yoxdur. Ən yaxşı Azərbaycan məktəbləri Azərbaycan dilli məktəblərdir”.
1news.az xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
1news.az
242