“Bundan o insanlar qorxmalıdırlar ki, “müəllim” sözünü “məllim” yazırlar” - Emin Əmrullayev

"Düşünürəm ki,müəllimlər sertifikasiyaya daha həvəslə gəlməlidirlər".
1news.az xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib:
"Sertifikasiyadan o insanlar qorxmalıdırlar ki, “müəllim” sözünü “məllim” yazırlar. "İbtidai” sözünü “iptidai” və ya “ibtidayi” şəklində yazanlar var. Bu insanları şagirdlərin qarşısına çıxarmaq olmaz. Təəssüf ki, belə müəllimlər var, azdır, amma var".
Ayşən İsmayılova
568