Azərbaycanda ötən sutkada COVID-19-a yoluxanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ötən sutkada COVID-19-a yoluxanların sayı açıqlanıb

17:06 - 24 / 08 / 2022
Azərbaycanda ötən sutkada COVID-19-a yoluxanların sayı açıqlanıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 653 yeni yoluxma faktı qeydə alınıb, 732 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlardan vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 809988 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 796632 nəfər müalicə olunaraq sağalıb, 9795 nəfər vəfat edib, aktiv xəstə sayı 3561 nəfərdir.

Ölkədə son sutka ərzində 4379, hazırkı dövrədək isə 7131537 test aparılıb.

Paylaş:
441

Son xəbərlər

Bütün xəbərlər