FHN əməkdaşları bir neçə gün əvvəl dənizdə batan şəxsin meyitini tapdı | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN əməkdaşları bir neçə gün əvvəl dənizdə batan şəxsin meyitini tapdı

Qafar Ağayev10:59 - 24 / 08 / 2022
FHN əməkdaşları bir neçə gün əvvəl dənizdə batan şəxsin meyitini tapdı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən 1news.az-a bildirilib ki, nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 106 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3 nəfər xilas edilib. Həmçinin, 21.08.2022-ci il tarixində dənizdə nəzarətsiz ərazidə çimərkən batmış 1 nəfərin meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
235

Son xəbərlər

Bütün xəbərlər