Ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə əlavə yerləşdirmə aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə əlavə yerləşdirmə aparılır

13:36 - 25 / 08 / 2022
Ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə əlavə yerləşdirmə aparılır

Ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə əlavə yerləşdirmə davam edir.

Bu barədə 1news.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, namizədlər https://portal.edu.az/ vasitəsilə qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Müraciət zamanı, həmçinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi mövcuddur.

Elektron sistem üzrə qeydiyyat avqustun 30-u saat 23:59-da yekunlaşacaq.

1news.az

Paylaş:
179

Son xəbərlər

Bütün xəbərlər