Baş prokuror azad olunan ərazilərdəki prokurorluqlarda olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş prokuror azad olunan ərazilərdəki prokurorluqlarda olub - FOTO

Qafar Ağayev15:24 - 25 / 08 / 2022
Baş prokuror azad olunan ərazilərdəki prokurorluqlarda olub - FOTO

Avqustun 24-də Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun rəhbər heyəti ilə birlikdə Şuşa, Xocavənd, Zəngilan və Qubadlı rayon prokurorluqlarının fəaliyyəti ilə yerində tanış olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, rayon prokurorluqlarının işğaldan azad edilmiş ərazilərdə növbətçilik əsasında fəaliyyət göstərmələri üçün ayrılmış inzibati binalarda yaradılan xidməti şəraitlə tanış olan Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə onlara xidməti ərazilərində hüquq qaydasının möhkəmləndirilməsi, prokuror təsir tədbirlərindən istifadə edərək aidiyyəti dövlət qurumları ilə birlikdə aparılan quruculuq işlərinə dəstək göstərməklə bağlı tapşırıq və tövsiyələrini verib.

Həmçinin, Baş prokuror Kamran Əliyev və Baş prokurorun müavini-Respublikanın Hərbi Prokuroru Xanlar Vəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 aprel 2021-ci il tarixli “İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” Sərəncamı əsasında yaradılmış Qubadlı hərbi prokurorluğunda olmaqla əməkdaşlarla görüşüb, onların xidmət və məişət şəraiti ilə maraqlanıblar.

Prokurorluğun əməkdaşları xidmətlərinin daha səmərəli və peşəkar təşkil edilməsi üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Paylaş:
463

Son xəbərlər

Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13
Bütün xəbərlər