Azərbaycanda 2022-ci ilin 6 ayında qeydə alınan mobil cihazların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 2022-ci ilin 6 ayında qeydə alınan mobil cihazların sayı açıqlanıb

Qafar Ağayev11:18 - 25 / 08 / 2022
Azərbaycanda 2022-ci ilin 6 ayında qeydə alınan mobil cihazların sayı açıqlanıb

“2022-ci ilin ilk 6 ayı ərzində Azərbaycanda 651194 ədəd mobil cihazın qeydiyyatı aparılıb”.

Bu barədə “AzInTelecom” MMC tərəfindən 1news.az-ın sorğusuna cavab olaraq bildirilib.

İndiyə qədər Nazirlər Kabinetinin 2018-ci il 31 iyul tarixli 336 nömrəli qərarına əsasən, mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri mobil cihazın bazar qiymətinə uyğun müəyyən edilib. Artıq bu məsələ qanunla tənzimlənəcək. Layihəyə əsasən, satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına aşağıdakı dövlət rüsumu dərəcələri tətbiq ediləcək:

Qeyd edək ki, qanunvericiliyə əsasən, bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar – 20 manat
Yuxarıda nəzərdə tutulan cihazlar istisna olmaqla, digər mobil cihazlara digər mobil cihazlara görə dövlət rüsumunun dərəcələri:
- bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat
- bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat
- bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60 manat
- bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat
- bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda – 100 manat;
- bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat dövlət rüsumu müəyyənləşir.

Paylaş:
681

Son xəbərlər

Bütün xəbərlər