Bakıda iki küçədə hərəkət dayandırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda iki küçədə hərəkət dayandırılacaq

12:33 - 25 / 08 / 2022
Bakıda iki küçədə hərəkət dayandırılacaq

Bu gündən Tblisi prospekti ilə Şəfayət Mehdiyev küçəsinin kəsişməsindən Azər Əliyev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılacaq.

Bu barədə 1news.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
Baş inspektor bildirib ki, buna səbəb "Azərsu" ASC-yə məxsus 160 metr yararsız su xəttinin yeniləməsidir. Bununla bağlı qeyd olunan yollar 26 avqust 18:00-dan 28 avqust saat 08:00-a qədər bağlı olacaq. Həmin müddətdə Tblisi prospektindən hərəkət yalnız Şəfayət Mehdiyev küçəsinə istiqamətinə mümkün olacaq.
Yol polisi sürücülərdən görülən işlərlə bağlı səbirli olmağı, yol hərəkəti qaydalarına əməl etməklə təyin olunmuş istiqamətlərdə hərəkət etməyi xahiş edib.

1news.az

Paylaş:
164

Son xəbərlər

Bütün xəbərlər