FHN generalı: “Yanğınların söndürülməsi tək Fövqəladə Hallar Nazirliyinin işi deyil” | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN generalı: “Yanğınların söndürülməsi tək Fövqəladə Hallar Nazirliyinin işi deyil”

11:44 - 26 / 08 / 2022
FHN generalı: “Yanğınların söndürülməsi tək Fövqəladə Hallar Nazirliyinin işi deyil”

“Yanğının söndürülməsi tək Fövqəladə Hallar Nazirliyinin işi deyil” .

1news.az xəbər verir ki, bunu 2022-ci ilin avqust ayında Azərbaycan ərazisində baş vermiş yanğın hadisələri ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Ekologiya Nazirliyinin nümayəndələrinin iştirakı ilə mətbuat konfransında Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

“Bu işdə qurumların koordinasiyası vacibdir. Fövqəladə Hallar Nazirliyi mülki müdafiə qoşunlarını da cəlb edərək yanğınların söndürülməsinə cəlb olunub. Həmçinin digər qurumlarla yanğınların söndürülməsi ilə bağlı koordinasiyalı işlər görülüb”.

E. Mirzəyev deyib ki, yanğınların baş verməsi 98 faiz insan faktoru ilə əlaqəlidir.

"Əsasən əkin sahələri biçildikdən sonra sahə yandırılır. Mən təklif edərdim ki, Kənd Təsərrüfatı Nazirliyi torpaqların şumlanmasına subsidiya ayırsın. Eyni zamanda icra nümayəndələri də bu işlərə nəzarət etməlidirlər. Kənd sakinləri ilə maarifləndirmə işləri aparılmalıdır”.

1news.az

Paylaş:
422

Son xəbərlər

Bütün xəbərlər