Nazir müavini: “Yanğınların əksəriyyəti biçənək sahələrindən başlayıb”

“Çox təəssüf ki, yaşıllıqlara, meşə sahələrinə, torpağın humus qatına, ümumilikdə təbiətimizə, onun bioloji müxtəlifliyinə çox böyük zərərlər vuran yanğınların böyük əksəriyyəti biçənək sahələrindən başlayıb” .
1news.az xəbər verir ki, bunu 2022-ci ilin avqust ayında Azərbaycan ərazisində baş vermiş yanğın hadisələri ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Ekologiya Nazirliyinin nümayəndələrinin iştirakı ilə mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.
“Bütün hallarda təbiətimiz zərər görüb, yanğınların söndürülməsinə yüzlərlə insan, texnika cəlb olunub, tonlarla yanacaq, su sərf olunub ki, bu da böyük maliyyə itkisi, dövlətə vurulan ziyan deməkdir."
1news.az