Bakıda mağazadan, avtomobildən və şirkətdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda mağazadan, avtomobildən və şirkətdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

13:37 - 27 / 08 / 2022
Bakıda mağazadan, avtomobildən və şirkətdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Paytaxtda avtomobildən, mağazadan və şirkətdən oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir mağazadan 4 min manat dəyərində mobil telefonları və aksessuarları oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş R.Nəsirov saxlanılıb.

Xətai rayonu ərazisində bir avtomobildən 2 min 200 dollar pul oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini əvvəllər məhkum olunmuş S.Əhmədov rayon polis idarəsinin 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.

Elə həmin rayon polis idarəsinin 37-ci polis bölməsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində şirkətlərin birinə məxsus inşa olunan binadan 10 min 400 manat dəyərində elektrik naqilləri oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini K.Məmmədov, Masallı rayon sakini M.Ağamalıyev və Tovuz rayon sakini İ.Camalov saxlanılıblar.

1news.az

Paylaş:
289

Son xəbərlər

Bütün xəbərlər