Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub? - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub? - STATİSTİKA

19:10 - 27 / 08 / 2022
Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub? - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 428 yeni yoluxma faktı qeydə alınıb, 475 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 9 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 811 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 798 143 nəfər müalicə olunaraq sağalıb, 9 805 nəfər vəfat edib, aktiv xəstə sayı 3 611 nəfərdir.

Ölkədə son sutka ərzində 3 215, hazırkı dövrədək isə 7 142 025 test aparılıb.

Paylaş:
870

Son xəbərlər

Bütün xəbərlər