11 illik bazadan kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb
![11 illik bazadan kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb](/images/2022/08/30/20220830013453561/thumb.jpg?2022-08-30+13%3A40%3A20)
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı açıqlanıb.
Bu barədə 1news.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bildirilib ki, 11 illik bazadan kolleclərə ixtisas seçimi sentyabrın 2-dən 7-dək aparılacaq.
Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi ötən gün saat 09:00-da başa çatıb. Nəticələrin 3-4 gün ərzində açıqlanacağı gözlənilir.
239