Lotu Qulinin qardaşı Moskvada saxlanılıb
Rusiyada Albert Rıjıy kimi tanınan “qanuni oğru” Əli Heydərovun qətlində şübhəli bilinən Rövşən Abbasov və Namiq Səlifov saxlanılıb.
1news.az-a “REN TV”y' istinadədən xəbər verir ki,
Xatırladaq ki, kriminal avtoritet Əli Heydərov ötən ilin aprelində Moskvada güllələnib. Polis elə həmin gün qətli törədən şəxsi saxlayıb.
Həmin şəxsin isə Mətləb Sultanov adlı azərbaycanlı olduğu məlum olub.
Qeyd edək ki, Namiq Səlifov kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) qardaşıdır. O, “qanuni oğru” adını 2013-cü ildə İstanbulda alıb.
Nadir Səlifov 2020-ci ilin avqustunda Antalyada hotellərin birində başından güllələnərək qətlə yetirilib.
350