Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub? - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub? - STATİSTİKA

16:36 - 30 / 08 / 2022
Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub? - STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 568 yeni yoluxma faktı qeydə alınıb, 612 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 812 816 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 799 479 nəfər müalicə olunaraq sağalıb, 9 805 nəfər vəfat edib, aktiv xəstə sayı 3 532 nəfərdir.

Ölkədə son sutka ərzində 4 028, hazırkı dövrədək isə 7 151 214 test aparılıb.

Paylaş:
447

Son xəbərlər

Bütün xəbərlər