Qubadlıda mina partlayıb, xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubadlıda mina partlayıb, xəsarət alan var

11:06 - 30 / 08 / 2022
Qubadlıda mina partlayıb, xəsarət alan var

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2022-ci il 30 avqust tarixində işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina hadisəsi baş verib.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, partlayış nəticəsində, minaaxtaran it bələdçisi 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri almışdır. Əməliyyata cəlb olunan Dina ləqəbli Belçika malinuası – minaaxtaran it tələf olmuşdur.

Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

1news.az

Paylaş:
241

Son xəbərlər

Bütün xəbərlər