Arif Babayev: “Azərbaycan qazandığı qələbədən sonra ilk dəfə sərgidə müasir silahlarını nümayiş etdirəcək”
“ADEX” sərgisi sərgi Vətən müharibəsindən sonra ilk dəfə keçirilir.
1news.az xəbər verir ki, bunu Bakıda keçirilən "ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərinə həsr olunan mətbuat konfransında müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev deyib.
"Azərbaycan qazandığı qələbədən sonra ilk dəfə sərgidə müasir silahlarını nümayiş etdirəcək. Sərgidə müxtəlif təqdimatlarla pilotsuz uçuş aparatları, təyyarələr, gəmilər və s. nümayiş olunacaq onu da qeyd edib ki, "ADEX"sərgisi sərgi Vətən müharibəsindən sonra ilk dəfə keçirilir: "Azərbaycan qazandığı qələbədən sonra ilk dəfə sərgidə müasir silahlarını nümayiş etdirəcək. Sərgidə müxtəlif təqdimatlarla pilotsuz uçuş aparatları, təyyarələr, gəmilər və s. nümayiş olunacaq.
A.Babayev deyib ki, "ADEX" sərgisi dünyada böyük ək-səda yaradıb.
“Müasir silah və texnika sərgisi olan "ADEX"in bundan qabaq keçirilən sərgilərdən fərqi ondadır ki, bura daha çox ölkədən şirkət və nümayəndə heyətə qatılacaq".
O bildirib ki, bu il keçiriləcək sərgiyə 32 ölkədən 208 aparıcı şirkət iştirak edəcək: "Sərgi 3 pavilyon və açıq sahədə nümayiş etdiriləcək. Bolqarıstan, Ukrayna, Çin və bir çox ölkənin aparıcı şirkətləri burada olacaq. İlk dəfə İordaniyadan şirkət sərgidə iştirak edəcək. 10-a yaxın şirkət isə milli stendi ilə sərgidə olacaq".