Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16:37 - 31 / 08 / 2022
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1608 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 329, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 279, üç və daha çox doza vaksin vurduranların sayı 866, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 134 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 860 396, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 373 902, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 863 085, üç və daha çox doza vaksin vurduranların sayı 3 364 209, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 259 200 təşkil edir.

Paylaş:
575

Son xəbərlər

Bütün xəbərlər