Sabahın havası açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın havası açıqlandı

Qafar Ağayev12:56 - 31 / 08 / 2022
Sabahın havası açıqlandı

Sentyabrın 1-də Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq. Cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, Abşeron yarımadasında gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 25-30 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 35-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 24-29° isti olacaq.

Paylaş:
237

Son xəbərlər

Bütün xəbərlər