Bağçalara işə qəbul üzrə imtahan nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bağçalara işə qəbul üzrə imtahan nəticələri açıqlanıb

13:25 - 02 / 09 / 2022
Bağçalara işə qəbul üzrə imtahan nəticələri açıqlanıb

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrə göndərilib.

1news.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, 29 avqust tarixində 2022-2023-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi təşkil olunub. Ölkə üzrə 9 imtahan mərkəzində təşkil olunan test imtahanı mərhələsində 5508 nəfər namizəd dəvət edilib. Onlardan 4539 nəfər namizəd test imtahanında iştirak edib.

1news.az

Paylaş:
190

Son xəbərlər

Bütün xəbərlər