General-mayor Bəkir Orucov barəsində həbs qətimkan tədbiri seçilib | 1news.az | Xəbərlər
Cəmiyyət

General-mayor Bəkir Orucov barəsində həbs qətimkan tədbiri seçilib

17:13 - 02 / 09 / 2022
General-mayor Bəkir Orucov barəsində həbs qətimkan tədbiri seçilib

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab edilib.

Qərara əsasən, Bəkir Orucov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, general-mayor Bəkir Orucovun "Tərtər işi" ilə bağlı şübhəli şəxs olduğu iddia olunur.

General-mayor bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.

1news.az

Paylaş:
366

Son xəbərlər

Bütün xəbərlər