Bakı DYP-dən sürücülərə və piyadalara MÜRACİƏT: “Diqqəti artırın” | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı DYP-dən sürücülərə və piyadalara MÜRACİƏT: “Diqqəti artırın”

Qafar Ağayev17:54 - 02 / 09 / 2022
Bakı DYP-dən sürücülərə və piyadalara MÜRACİƏT: “Diqqəti artırın”

"Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır əlavə olaraqda əsasəndə çoxları üçün məzuniyyət dönəmimin bitməsi paytaxt ərzisində nəqliyyat sıxlığını əhəmiyyətli dərəcədə artırır və hər ötən gün bu proses dahada intensivləşir".

Bunu 1news.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

"Bütün hərəkət iştirakçılarından yollarda diqqəti artırmağı şəhərin real hərəkətini düzgün qiymətləndirməyi hər bir qayda pozuntusunun ümumi vəziyyətə mənfi təsir göstərdiyini unutmamağı xahiş edirik. Dəfələrlə moped, velosiped, skuter kimi nəqliyyat vasitələrinin yolun sağ solağı ilə hərəkət etməli olduqlarını, təhlükəli manevrlər etməmələrini, təhlükəsizlik üçün şlemlərdən istifadənin vacibliyini vurğulamağımız və bu qaydaların pozulmasının inzibati məsuliyyətə səbəb olduğunu qeyd etməyimizə baxmayaraq eyni növ qayda pozuntularının gündəlik xidmətimizdə tez-tez şahidi oluruq. Bir daha qeyd etdiyimiz məsələlərə qarşı məsuliyyəti artırmağı özünün və ətrafdakı insanların haqlı narazılıqlarına səbəb olan hallardan çəkinməyi xahiş edirik!" -deyə, A.Əsgərli əlavə edib.

Paylaş:
278

Son xəbərlər

Bütün xəbərlər