Ağcabədidə bacısını qəsdən öldürməyə cəhd edən şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə bacısını qəsdən öldürməyə cəhd edən şəxs tutulub

Qafar Ağayev09:27 - 02 / 09 / 2022
Ağcabədidə bacısını qəsdən öldürməyə cəhd edən şəxs tutulub

Sentyabrın 1-i saat 12 radələrində Ağcabədi rayonu, Xocavənd kənd sakini 1994-cü il təvəllüdlü Vüsalə Quliyevaya yaşadığı evdə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağcabədi rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1992-ci il təvəllüdlü Toğrul Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Vüsalə Quliyevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Toğrul Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

Paylaş:
281

Son xəbərlər

Viktor Orban Azərbaycana səfər edəcək04 / 07 / 2024, 17:45Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb04 / 07 / 2024, 17:40Azərbaycan Prezidenti ŞƏT-ə üzv ölkələrin liderlərini COP29-a dəvət edib04 / 07 / 2024, 17:28Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - YENİLƏNİB04 / 07 / 2024, 17:21Gəncədə qanunsuz tikinti işləri dayandırılıb04 / 07 / 2024, 17:18Heydər Əliyev Beynəlxalq Aeroportu ACI EUROPE 2024 İllik Konqresi və Baş Assambleyasında iştirak edir04 / 07 / 2024, 16:59Azərbaycan dili fənni üzrə keçirilən imtahananın nəticələri açıqlanıb04 / 07 / 2024, 16:41Qəzza zolağında ölən fələstinlilərin sayı 38 mini keçib04 / 07 / 2024, 16:39Bu bölgələrdə 3 gün qaz olmayacaq04 / 07 / 2024, 16:17Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilir04 / 07 / 2024, 16:00Sevinc Fətəliyeva: “Azərbaycan ŞƏT-in bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub”04 / 07 / 2024, 15:53İraq nümayəndə heyəti Ali Məhkəmədə olub04 / 07 / 2024, 15:25Azərbaycan Mərkəzi Bankı “PashaPay”ə lisenziya verib04 / 07 / 2024, 15:11“Ölkəmizdə uşaqların, yeniyetmə və gənclərin fiziki və mənəvi hazırlığı ilə bağlı çox geniş şərait var” - ŞƏRH04 / 07 / 2024, 15:01Azərbaycan XİN ABŞ-ni təbrik edib04 / 07 / 2024, 14:47“Wi-Fi üzərindən zəng” – “Bakcell” abonentlərə yeni innovativ xidmət təqdim etdi04 / 07 / 2024, 14:46Əhali Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini istəyir? - STM sorğu nəticələrini açıqladı04 / 07 / 2024, 14:36Prezident ŞƏT-in Zirvə toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə iştirak edib04 / 07 / 2024, 14:32Bakının Mehdi Hüseyn və Teymur Elçin küçələrində təmir yekunlaşıb - FOTO - VİDEO04 / 07 / 2024, 14:21Əhməd Əhmədov yenidən məhkəmə qarşısında çıxarıldı - Özünü təqsirli bilib, ifadə vermədi04 / 07 / 2024, 13:54
Bütün xəbərlər