Oğuzda üç nəfər 16 yaşlı qızı qaçırdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğuzda üç nəfər 16 yaşlı qızı qaçırdı

11:05 - 02 / 09 / 2022
Oğuzda üç nəfər 16 yaşlı qızı qaçırdı

Oğuzda 16 yaşlı qız qaçırılıb.

1news.az xəbər verir ki, 3 nəfər Şəmkir sakini - Hüseyn Məhərrəmov, Samir Quliyev və Yaqub Musayev birlikdə Oğuz rayonuna gedərək yeniyetmə qızı məcburi şəkildə avtomobilə mindiriblər. Daha sonra ərazidən uzaqlaşıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məsələ ilə bağlı bildirib ki, qızı qaçırmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

1news.az

Paylaş:
199

Son xəbərlər

Bütün xəbərlər