Bakıda loqoped mərkəzində uşaqlara işgəncə verən şəxslər saxlanılıb - YENİLƏNİB 2 | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda loqoped mərkəzində uşaqlara işgəncə verən şəxslər saxlanılıb - YENİLƏNİB 2

15:09 - 03 / 09 / 2022
Bakıda loqoped mərkəzində uşaqlara işgəncə verən şəxslər saxlanılıb - YENİLƏNİB 2

Bakıda "Mehnur" loqopedik reabilitasiya mərkəzinin psixoloq və baxıcısı saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi cinayət işi başlanılıb

10:43

Özəl loqoped mərkəzində uşaqlara işgəncə verənlərin kimliyi məlum olub.

1news.az-ın məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

"Paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub. Araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcək", - E.Hacıyev bildirib.

10:25

Sosial şəbəkələrdə Bakıdakı reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsi ilə bağlı videogörüntülər paylaşılıb.

Görüntülərdə uşaqların saçları yolunur, müxtəlif fiziki zorakılıqlara məruz qalırlar.

Hadisənin Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur" reabilitasiya mərkəzində qeydə alındığı bildirilir.

1news.az Trend-ə istinadən verdiyi xəbərə görə, Səhiyyə Nazirliyi bildirir ki, ötən gün sosial şəbəkələrdə uşaqlara işgəncə verən özəl loqoped mərkəzi ilə bağlı araşdırmalara başlanılıb.

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır. Komissiya Səhiyyə Nazirliyi,Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aydiyyatı qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq.

1news.az

Paylaş:
632

Son xəbərlər

Bütün xəbərlər