Azərbaycanda HONOR-un yeni flaqmanı baş tutub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda HONOR-un yeni flaqmanı baş tutub

Qafar Ağayev18:00 - 02 / 09 / 2022
Azərbaycanda HONOR-un yeni flaqmanı baş tutub

1 sentyabr 2022-ci il tarixində qlobal texnoloji brendi HONOR, Marriot Hotelin şıq zalında influenser və jurnalistlərin iştirakı ilə yeni smartfonunun təqdimatını keçirib.

Təqdimat zamanı şirkət nümayəndələri Azərbaycanda HONOR xəttinin ən son məhsulu olan HONOR 70 smartfonunun Azərbaycanda satışa çıxarıldığını elan ediblər. Smartfon heyrətamiz üçlü kamera xüsusiyyətlərinə və yüksək performansa malikdir, əyri ekrana sahib parlaq, simmetrik korpus isə premium və zövqlü görünür. Maraqlıdır ki, Azərbaycan smartfonun satışa çıxarıldığı ilk ölkələrdən biri olub. Bu gün Berlində keçirilən IFA beynəlxalq sərgisində də qlobal təqdimat baş tutub. Sentyabrın 2-dən Azərbaycan sakinləri HONOR 70-i İRŞAD mağazalarından 1199 AZN-ə ala biləcəklər.

HONOR-un Azərbaycan üzrə Direktoru Şon Mao çıxışında bildirib ki,"HONOR" məhsul yönümlü şirkətdir. Məhsullarımızın mükəmməlliyini gerçəkləşdirmək üçün dayanmadan çalışırıq. Biz istifadəçi ehtiyacları və texnoloji yeniliklər arasında mükəmməl tarazlıq axtarırıq və buna həmişə nail oluruq.

Təqdimatda qonaqlar üçün ən yaddaqalan HONOR 70-in asimmetrik əsas kamera blokuna malik premium dizaynı olub. Xarici olaraq, smartfon həqiqətən diqqəti cəlb edir.

HONOR 70 -in korpusu çox nazikdir, qalınlığı cəmi 7,91 mm, çəkisi cəmi 178 q-dır. HONOR 70, 58° əyilmiş kənarları olan parlaq 6,67 düymlük OLED displeylə gəlir. O, enerjiyə qənaət edən Qualcomm Snapdragon 778G Plus çipi ilə təchiz edilib. HONOR 70 ən son HONOR Magic UI 6.1 və Android 12 ilə işləyən ilk HONOR smartfonudur.

Müasir kamera

HONOR 70-də ən çox diqqət onun kamerasına verilib.Çünki bu kamera super təkmilləşdirilmiş Sony IMX800 sensorunun dünya debütüdür. 54MP 1/1.49"-lük əsas sensoru ilə HONOR 70 daha parlaq, daha əhatəvi çəkilişlər üçün daha çox işıq tutur ki, bu da az işıqlı mühitlərdə və xüsusilə gecə vaxtı çox vacibdir. HONOR 70 həm də makro obyektiv kimi də işləyən 50 meqapiksellik 122°-li geniş bucaqlı kamerası ilə hamının qəlbini fəth edib.

HONOR 70, heyrətamiz təsvirlər və yüksək dəqiqliyə sahib kadrlar üçün öz sinfində ən yaxşı Süni İntellektli üçlü əsas kamera sistemi və HONOR-un patentləşdirilmiş HONOR Şəkil Motoru ilə təchiz edilmişdir.

HONOR 70-in maraqlı funksiyası olan Smart Video Fokus toplu şəkil çəkdirmə və ya video çəkmə halları üçün təqdim olunur. Smart Video Fokus rejimində smartfon eyni vaxtda rəqqaslar qrupunun videosunu və seçilmiş rəqqasənin “solo ifası”nı qeydə alıb. Seçilmiş personajın mövqeyini real vaxtda asanlıqla hesablayan və izləyən süni intellekt alqoritmləri sayəsində HONOR 70 eyni vaxtda həm ümumi video qrupu, həm də seçilmiş şəxsin həmişə kadrın mərkəzində olduğu video yaradır.İştirakçı blogger və influenserlər qeyd ediblər ki, Smart Video Fokus və əvvəlcədən təyin edilmiş kontentin işlənməsi rejimləri həqiqətən onların məzmununu zənginləşdirməyə kömək edəcək və ümumilikdə onların işini daha rahat və asan hala gətirəcək.

Qiymətlər və Mövcudluq

HONOR 70-nin Azərbaycanda rəsmi satışına sentyabrın 2-dən etibarən İRŞAD mağazalarında start verilib. Smartfon üç dəbdə olan rənglərdə (zümrüd yaşılı, gecəyarısı qarası, kristal gümüşü) satışa çıxarılacaq. Müştərilər HONOR 70-in onlara ən uyğun versiyasını seçə biləcəklər: 8+128 GB versiyası 1199,99 AZN, daha çox yaddaşa malik 8+256 GB versiyası isə 1299,99 AZ-dir.

Reklam hüququnda

Paylaş:
437

Son xəbərlər

ARDNF ötən ay satılan ABŞ dollarının məbləğini açıqladıBu gün, 17:50ADY sərnişin daşınmasını 20% artırıbBu gün, 17:40Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edibBu gün, 17:33Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilibBu gün, 17:27Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində hərəkət zolağı təşkil edilibBu gün, 17:15Azercell yeni Smartfon kampaniyasını təqdim edir!Bu gün, 17:04ABB AKA Bankla müqavilə imzaladıBu gün, 17:02Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 16:58Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunubBu gün, 16:52Taksi sahəsində islahatlar - Tələbi qarşılamaq üçün hansı addımlar atılmalıdır? - ŞƏRHBu gün, 16:43Bəzi bölgələrdə yağış yağıb, şimşək şaxıb - FAKTİKİ HAVABu gün, 16:36Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqləyibBu gün, 16:00BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıbBu gün, 15:52Azərbaycanla Tacikistan arasında imzalanmış üç saziş təsdiq edilibBu gün, 15:48“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər! - FOTOBu gün, 15:24Azərbaycanın müdafiə naziri Belarusa səfər edibBu gün, 15:18Vətən müharibəsi iştirakçısının yardımınıza ehtiyacı var: “Xahiş edirəm, oğluma kömək edin” - FOTOBu gün, 15:17Azərbaycanın Tailanddakı səfiri dəyişibBu gün, 14:48ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olunduBu gün, 14:34Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAMBu gün, 14:05
Bütün xəbərlər