London-Kuala-Lumpur reysi ilə uçan təyyarə Bakıya təcili eniş edib | 1news.az | Xəbərlər
Cəmiyyət

London-Kuala-Lumpur reysi ilə uçan təyyarə Bakıya təcili eniş edib

09:07 - 05 / 09 / 2022
London-Kuala-Lumpur reysi ilə uçan təyyarə Bakıya təcili eniş edib

“Malaysia Airlines” aviaşirkətinə məxsus London-Kuala-Lumpur reysini həyata keçirilən hava gəmisinin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi (ürəktutması) səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

1news.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Təyyarə yerli vaxtı ilə saat 06:25-də Bakı hava limanına eniş edib.

Sərnişinə tibbi yardım göstərilib və onun Bakıda tibb klinikalarından birinə yerləşdirilməsinə qərar verilib.

1news.az

Paylaş:
279

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər