Azərbaycanla Türkiyə arasında təhlükəsizlik, hərbi əməkdaşlıq müzakirə olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanla Türkiyə arasında təhlükəsizlik, hərbi əməkdaşlıq müzakirə olunub - FOTO

14:23 - 06 / 09 / 2022
Azərbaycanla Türkiyə arasında təhlükəsizlik, hərbi əməkdaşlıq müzakirə olunub - FOTO

Sentyabrın 6-da Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ilə görüşüb.

MN-dən 1news.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında regional təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlıq, qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub.
Tərəflər birgə hərbi təlimlərdə texnoloji innovasiyalardan istifadə edilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Paylaş:
533

Son xəbərlər

Bütün xəbərlər