Binəqədidə dəniz sahilinə tullantıların atılmasının qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə dəniz sahilinə tullantıların atılmasının qarşısı alınıb

Qafar Ağayev08:59 - 06 / 09 / 2022
Binəqədidə dəniz sahilinə tullantıların atılmasının qarşısı alınıb

Binəqədi rayonu, Novxanı qəsəbəsinin dəniz sahilinə tullantıların atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov 1news.az-a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə təbii qrunt sularından ibarət axarda məişət tullantılarının qalaqlandığı və nəticədə suyun çirkləndiyi müəyyən edilib.

“Binəqədi Rayon Bələdiyyəsinin əməkdaşları tərəfindən axar tullantılardan təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə bələdiyyəyə tapşırıq verilib”, - V.Cavadov qeyd edib.

Paylaş:
275

Son xəbərlər

Bütün xəbərlər