Yolların moped problemi - Radara düşməyən nəqliyyat vasitələri necə cərimələnir? | 1news.az | Xəbərlər
Cəmiyyət

Yolların moped problemi - Radara düşməyən nəqliyyat vasitələri necə cərimələnir?

Qafar Ağayev10:52 - 06 / 09 / 2022
Yolların moped problemi - Radara düşməyən nəqliyyat vasitələri necə cərimələnir?

“Hazırda moped sürücüləri inzibati xətalar məcəlləsinin 338-ci maddəsinə uyğun olaraq hərəkətin digər iştirakçıları kimi məsuliyyətə cəlb olunurlar”.

Bunu 1news.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

O, bildirib ki, burada əsasən dəbilqənin olmaması, yol hərəkəti haqqında qanunun 42-ci maddəsinə uyğun olaraq sağ zolaqla hərəkət etməli olmaları tələbi (əgər sağ zolaqla hərəkət etmirsə o halda da cərimə nəzərdə tutulur). Moped idarə edənləri hərəkətin digər iştirakçıları üçün, yəni, 338-ci maddədə nəzərdə tutulduğu kimi yalnız və yalnız yol patrul xidməti əməkdaşı xidmətdə olduğu zaman aşkarlayıb məsuliyyətə cəlb edə bilər. Bu da onların şəxsiyyət vəsiqəsi üzərindən qeydiyyat edilməklə aparılır, çünki hərəkətin digər iştirakçılarının sürücülük hüququ yoxdur, mühərrik həcmi 50 kubmetr santimetrə qədər olan bu cür nəqliyyat vasitələrinə sürücülük vəsiqəsi və dövlət qeydiyyatına alınması tələbi hələki tələb olunmur.

“Sürücülük hüququ tələb olunmursa, avtomatik dövlət qeydiyyatına da alınmır, bu da bizim yaşadığımız ən böyük problemlərdən biridir. Çünki avtomatik olaraq bu kontingentə nəzarət mexanizmi də zəifləyir” – deyə, A.Əsgərli əlavə edib:

Araz Əsgərli

“Xüsusi texniki vasitələrin köməyi ilə onların hərəkət sürətini və digər qayda pozuntularını aşkarlamaq bu gün qanunvericilik baxımından mümkün deyil. Bu cür qayda pozuntularının olmaması üçün, onların yollarda nişanların tələbinə, svetoforun qadağanedici işığında hərəkət, eyni zamanda yolayrıclarını keçərkən, sürət həddini aşarkən və s. qayda pozuntularını aşkarlamaq üçün gərək onların hər birinin sürücülük hüququ olsun və nəqliyyat vasitələri dövlət qeydiyyatına alınsın. Buna görə də artıq DİN tərəfindən 1 ildən çoxdur ki, yol hərəkəti haqqında qanuna müvafiq dəyişikliklərin olması üçün təkliflər yazılıb, hazırlanıb və hökumətlə də razılaşdırılıb. Biz də öz növbəmizdə bu məsələni ictimaiyyətdə dəfələrlə qaldırmışıq çünki vətəndaşlarımızın narahatçılığını, haqlı narazılını düzgün şəkildə qəbul edir problemin mövcudluğunu bilirik. DYP demək olar hər ay moped sürücülərinə müraciət edir”.

Paylaş:
484

Son xəbərlər

Bütün xəbərlər