Ötən sutkada COVID-19-a yoluxanların STATİSTİKASI | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən sutkada COVID-19-a yoluxanların STATİSTİKASI

16:36 - 07 / 09 / 2022
Ötən sutkada COVID-19-a yoluxanların STATİSTİKASI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 502 yeni yoluxma faktı qeydə alınıb, 611 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 7 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 816 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 803 562 nəfər müalicə olunaraq sağalıb, 9 838 nəfər vəfat edib, aktiv xəstə sayı 3 189 nəfərdir.

Ölkədə son sutka ərzində 4 343, hazırkı dövrədək isə 7 180 867 test aparılıb.

1news.az

Paylaş:
362

Son xəbərlər

Bütün xəbərlər