Zorakılığa məruz qalan qadınlara dəstək - “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Zorakılığa məruz qalan qadınlara dəstək - “Çıxışa doğru”da MÜZAKİRƏ

23:52 - 08 / 09 / 2022
Zorakılığa məruz qalan qadınlara dəstək - “Çıxışa doğru”da MÜZAKİRƏ

Qadın qarşı zorakılıq halları bütün dünyada olduğu kimi Azərbaycanda da əsas problemlərdən biri hesab edilir.

Mütəxəssislərin fikrincə, qadınlar cəmiyyətdə bir çox zorakılıqla qarşılaşsalar da, ancaq fiziki zorakılıq olduğu halda yardım çağırışlarına başlayırlar. Fiziki zorakılıq qadını döymək, hər hansı xəsarət yetirmək hesab edilir. Yəni Azərbaycan qadınları təhqirə, hədə-qorxuya, iqtisadi asılılığa, psixoloji zorakılığa dözə bilir. Fiziki zorakılıq isə, zorakılığın son həddindən əvvəlkidir. Yəni qadının canı yananda yardım axtramağa başlayır.

Bəzən qadınlar ailədə və ya cəmiyyətdə hər hansı zorakılıqla qarşılaşdıqları zaman kimə, hara müraciət edəcəklərini bilmir...

1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Zorakılığa məruz qalan qadınlara dəstək" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Mehriban Zeynalova - Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri, Tural Hüseynzadə - Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin baş məsləhətçisi, Məişət Zorakılığının qarşısının alınması sektorunun əməkdaşı, Rafiq Alışov - Vəkillər kollegiyasının üzvü, "Yuvenal" ədliyyə mərkəzinin hüquqşünası, Sara Ağayeva - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial müəssisələrlə iş departamentinin müdir müavini, Mələk Allahverdiyeva - Psixologiya Elmi Tədqiqat İnstitutu, klinik psixoloq, Bakı Dövlət Universitetinin müəllimi və Hacı Şahin Həsənlı - ilahiyyatcı mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
254

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər