Azərbaycanda daha 337 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha 337 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib

16:39 - 09 / 09 / 2022
Azərbaycanda daha 337 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 337 yeni yoluxma faktı qeydə alınıb, 442 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 6 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 817 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 804 557 nəfər müalicə olunaraq sağalıb, 9 849 nəfər vəfat edib, aktiv xəstə sayı 2 916 nəfərdir.

Ölkədə son sutka ərzində 3 159, hazırkı dövrədək isə 7 187 798 test aparılıb.

1news.az

Paylaş:
213

Son xəbərlər

Bütün xəbərlər