“İçərişəhər”dən maraqlı müsabiqə: “Gəl, iştirak et və qalib ol!“ | 1news.az | Xəbərlər
Cəmiyyət

“İçərişəhər”dən maraqlı müsabiqə: “Gəl, iştirak et və qalib ol!“

Qafar Ağayev17:27 - 09 / 09 / 2022
“İçərişəhər”dən maraqlı müsabiqə: “Gəl, iştirak et və qalib ol!“

Yeni dərs ilinin başlanması münasibəti ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məktəbli dostlarına əyləncəli, hədiyyəli və intellektual müsabiqə təşkil edəcək.

1news.az xəbər verir k, Layihənin icrasında əsas məqsəd məktəbliləri yeni tədris ilinə, təhsilə həvəsləndirmək, onlarda muzeylərə, tarixi məkanlara maraq yaratmaqdır.

Bilik gününə həsr olunmuş “Məktəbə qayıdış” layihəsi 10-17 sentyabr tarixlərində İçərişəhər ərazisində yerləşən Şirvanşahlar Saray Kompleksində və Qala Qoruğu ərazisində şərti sinif otaqlarında baş tutacaq.

Layihənin hədəf qrupları 3 yaş qrupunda (7-10, 10-13, 13-15) olan məktəblilərdir. Yarışmanın şərtlərinə görə, iştirakçılar öncə muzeylə yaxından tanış olurlar, məlumatlanırlar, daha sonra test imtahanı verərək biliklərini yoxlayırlar. Bütün iştirakçılara Bakı Kitab Mərkəzindən və Antaris QSC-dən həvəsləndirici hədiyyələr, qaliblərə isə hədiyyə və diplomlar təqdim olunacaq.
19 sentyabr tarixində baş tutacaq mükafatlandrma mərasiminə məktəblilərin valideynləri də dəvət olunacaq.

Paylaş:
331

Son xəbərlər

Kamaləddin Qafarov: “Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur”Bu gün, 11:30"Nar"dan sərfəli smartfon təklifi27 / 04 / 2024, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib27 / 04 / 2024, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar27 / 04 / 2024, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib27 / 04 / 2024, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTO27 / 04 / 2024, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO27 / 04 / 2024, 16:21Ali Məhkəmənin hakimi intihar edib27 / 04 / 2024, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaq27 / 04 / 2024, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO27 / 04 / 2024, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək27 / 04 / 2024, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib27 / 04 / 2024, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb27 / 04 / 2024, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır27 / 04 / 2024, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var27 / 04 / 2024, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb27 / 04 / 2024, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib27 / 04 / 2024, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur27 / 04 / 2024, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - Proqnoz27 / 04 / 2024, 12:06Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər27 / 04 / 2024, 11:41
Bütün xəbərlər